
Souslu qarabaşaq
Hazırlanma qaydası: Çəkilmiş dana ətinə, rəndələnmiş və suyu süzülmüş soğan, suxari, yumurta, duz, istiot, paprika və sarımsaq tozu əlavə edib yaxşıca yoğurun. Daha sonra əlinizi yağlayıb kiçik köftələr düzəldin. Qarabaşağı orta odda ara sıra qarışdıraraq 35-40 dq bişirin. Köftələri qızğın yağda 5-6 dq bişirin. Ardıyaca üzərinə bibəri əlavə edib daha 11-12 dq ara-sıra qarışdıraraq bişirin. Sonra üzərinə sarımsaq və sousu əlavə edib 5-6 dq bişirib ocaqdan alın. Süfrəyə servis edərkən üzərinə şüyüd və ya göy soğan əlavə edə bilərsiniz.
1 saat 5 dəqiqə
Tərkibi:
Farş
300 q
Soğan
1 ədəd
Duz
1 çimdik
İstiot
1/2 çay qaşığı
Paprika
1/2 çay qaşığı
Sarımsaq tozu (və ya sarımsaq)
1/2 çay qaşığı (1-2 diş)
Suxari
2 dolu xörək qaşı
Yumurta
1 ədəd
Bibər
1 ədəd
Sarımsaq
2 ədəd
Şüyüd
1 dəstə
Tomat pastası
1/2 xörək qaşığı
Ketçup
3 xörək qaşığı
Soya sousu
2 xörək qaşığı
Alma sirkəsi
2 xörək qaşığı
Su
4 stəkan
Qarabaşaq
2 stəkan (450 q)
Kərə yağı
50 q