
Snickers Tortu
Hazırlanması: 1. Kremin Hazırlanması: Qazana nişasta, un və şəkər tozunu əlavə edin. Üzərinə bir litr soyuq süd töküb, topaqlaşmaması üçün dayanmadan qarışdırın. Orta odda, qarışım qatılaşana qədər bişirin. Qatılaşdıqdan sonra ocaqdan götürün, kərə yağı və vanil əlavə edib mikserlə yaxşıca çalın. Kremi soyumağa qoyun. 2. Keksin Hazırlanması: Dörd yumurta və bir stəkan şəkər tozunu mikserlə tamamilə ağarıb həcm alana qədər qarışdırın. Ayrı bir qabda un, kakao, qabartma tozu və vanili ələkdən keçirərək yumurtalı qarışıma hissə-hissə əlavə edin və yüngülcə qarışdırın. Qarışığı 24 sm ölçülü bir soba qabına tökün. Əvvəlcədən 180 dərəcəyə qızdırılmış sobada təxminən 25-30 dəqiqə bişirin. 3. Fıstıqlı Şokoladın Hazırlanması: Bir qazanda qaymağı qızdırın. Ocaqdan götürüb üzərinə doğranmış şokoladı əlavə edin və tam əriyənə qədər qarışdırın. Sonra qovrulmuş duzsuz fıstıqları da qarışımın içinə töküb qarışdırın. 4. Tortun Yığılması: Soyumuş keksi iki və ya üç bərabər hissəyə bölün. Hər qatın arasına bol krem çəkin. Ən alt qata krem çəkdikdən sonra üzərinə karamel sousu töküb isladın. İkinci qata da krem çəkdikdən sonra üzərinə hazırladığınız fıstıqlı şokoladı yayın. Ən üst qatı və tortun kənarlarını kremlə tamamilə örtün. Tortu ən azı 6-7 saat soyuducuda saxlayın ki, qatlar bir-biri ilə birləşsin. Servis edərkən tortun üzərini fıstıq və şokoladla bəzəyə bilərsiniz.
Tərkibi:
1 l
1 stəkan
3 xörək qaşığı
3 xörək qaşığı
80-100 q
1 paket
1 ədəd
1 stəkan
1 stəkan
3 xörək qaşığı
1 paket
200 ml
100 q