Kəsmikli qat-qat

Hazır dondurulmuş xəmirin üstünü yağlayıb bir-birinin üstünə iki qat qoyuruq. Xəmiri yayıyırıq və rulet kimi büküb doğrayırıq. Alınan kündələrin içinə kəsmik və cem qoyub ağzını bükürük. Sonra isə üstünə yumurta sarısı çəkib əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada üstü qızarana qədər bişiririk. Nuş olsun!

25 dəqiqə

Tərkibi:

Dondurulmuş xəmir
1 paket
Kəsmik
1 paket
Cem
100 q
Günəbaxan yağı
1 xörək qaşığı