Başlama tarixi :

15 Aprel 2022

Bitmə tarixi :

09 İyun 2022

“Maredo konfetləri qazandırır” lotereyası

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsinin Ulduz şokolad fabriki ilə birlikdə keçirdiyi “Maredo konfetləri qazandırır” lotereyası Aprelin 15-dən İyunun 9-a qədər davam edib.

“OBA Market” mobil tətbiqi üzərindən həyata keçirilən tirajlı stimullaşdırıcı elektron lotereyada “OBA” müştəriləri hər 5 AZN-lik Maredo konfetləri alış-verişində “OBA Market” mobil tətbiqini kassirə təqdim etməklə 1 şans qazanıblar. Lotereya 8 tirajdan ibarət olmaqla 8 həftə davam edib. Tiraj tarixləri: 22 Aprel, 29 Aprel, 6 May, 13 May, 20 May, 27 May, 3 İyun, 10 İyun. 1-ci və 7-ci tirajlarda 1 lotereya nömrəsi yalnız 1 tirajda, 8-ci (sonuncu) tirajda isə bütün öncəki qaliblər də iştirak hüququ qazanıblar.

Qeyd edək ki, “OBA” marketlərində Maredo konfetlərinin 50-ə yaxın çeşidi satılır.

Lotereyada iştirak edən müştərilər “OBA”dan hər biri 15 ədəd olmaqla elektrikli soba, ətçəkən maşın, mobil telefon, hər biri 8 ədəd olmaqla televizor və paltaryuyan maşın, 54 ədəd 100 AZN-lik hədiyyə kartları, 1 ədəd soyuducu və 1 ədəd Kia Rio avtomobili qazanma şansına sahib oldu.

Digər layihələr

“OBA” Bilik Günü münasibətilə şəhid əməkdaşlarının ailəsini ziyarət etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi Bilik Günü ərəfəsində şəhid əməkdaşlarının evini ziyarət edib.

Başlama tarixi:

15 Sentyabr 2022

Bitmə tarixi:

15 Sentyabr 2022

Daha ətraflı

“OBA” marketlər şəbəkəsi qazilər üçün futbol turniri təşkil etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi qazilərimizə həsr olunan futbol turniri təşkil edib.

Başlama tarixi:

06 Avqust 2022

Bitmə tarixi:

07 Avqust 2022

Daha ətraflı