İş sevgisi ilə davam edən yüksəliş
“Birlikdə Güclənirik” layihəsi çərçivəsində bu dəfə satıcı-kassir olaraq başladığı “OBA”da mentor administrator olaraq çalışan Müqəddəs Salahlının karyera yoluna nəzər salacağıq. Qısa müddət ərzində işinə göstərdiyi məsuliyyət və fəallıq rəhbərlik tərəfindən yüksək qiymətləndirildi. Müqəddəs Salahlı satıcı-kassir olaraq çalışmağa başladığı ilin sonunda mağaza administratoru olaraq fəaliyyətini davam etdirib. Deyir müştərilərlə çox yaxşı ünsiyyət qurmaqla rutin işləri asanlıqla həll etməyi və öz üzərində daim çalışmağı sevir. Bu sevgisi onu 2024-cü ildən bəri mentor administrator vəzifəsinə aparıb.
Diqqətinizə çatdıraq ki, Azərbaycanın hər bölgəsində 1600-dən çox marketi və 10 mindən çox əməkdaşı ilə fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi böyüməyə və ailəsini genişləndirməyə davam edir. Bu uğurun arxasında isə səmimi komanda ruhu, əməkdaşlarımıza olan sevgi və bir-birimizə verdiyimiz dəstək dayanır.
“OBA” marketlər şəbəkəsi olaraq komanda üzvlərimizin uğurları, hər bir fərdin potensialını yüksək səviyyəyə çatdırması bizim üçün önəmlidir. Onların əməyinə dəyər verir və bu yolda bir-birimizə güvənərək addımlamağa davam edirik.