Start date:

24 October 2024

End date:

24 October 2024

“OBA” marketlər şəbəkəsinin mentor administratorları “Veysəloğlu Loqistika Mərkəzi”nə səfər ediblər.

“OBA” marketlər şəbəkəsinin mentor administratorları şirkətin Logistika Mərkəzinə səfər edərək burada həyata keçirilən proseslərlə tanış olublar.

“OBA” marketlər şəbəkəsinin mentor administratorları şirkətin Logistika Mərkəzinə səfər edərək burada həyata keçirilən proseslərlə tanış olublar. Səfər zamanı mentor administratorlar anbarın fəaliyyətini yaxından izləyərək, iş axını və yenilikçi yanaşmalar haqqında ətraflı məlumat əldə ediblər. Həmçinin, onlara anbara daxil olan məhsulların keyfiyyət yoxlaması, miqdar təsdiqi və qəbul qeydlərinin aparılması prosesi də izah edilib.

Təhlükəsizlik və sanitariya standartlarına uyğunluq məsələlərinin də izah edilməsi ilə mentor administratorlar bu sahələrdəki prosesləri izləməklə, anbarın səmərəli fəaliyyətini təmin edən praktikaları öyrənmiş oldular.

Səfərin ardından idarə heyətinin sədri Natəvan İbrahimova və digər üzvlər mentor administratorlarla çay süfrəsində bir araya gəliblər. Səmimi görüşdə administratorlar suallar verərək, şirkət strategiyası və gələcək planları ilə bağlı fikir mübadiləsi aparıblar. İdarə heyətinin üzvləri mentor administratorların təklif və rəylərini dinləyərək, qeydlər aparıblar.

Görüşün sonunda xatirə fotosu çəkilib.

Əməkdaşlıq ruhunu daha da möhkəmləndirmək məqsədilə həyata keçirilən belə tədbirlər “OBA” marketlər şəbəkəsinin gələcək uğurları üçün yeni imkanlar yaradır.

Other projects

1-28 Fevral tarixlərində OBA Market mobil tətbiqi ilə Bol Keşbek qazan!

Mobil Tətbiqi skan edərək alış-verişlərinin ümumi məbləği: 100 AZN-i keçərsə – 2% keşbek 200 AZN-i keçərsə – 3% keşbek 300-500 AZN aralığında olarsa – 5% keşbek əldə edin!

Start date:

01 February 2025

End date:

28 February 2025

Read more

Yubileyini "OBA"da qeyd edən Yavər Bayramov!

Bu gün “OBA” marketlər şəbəkəsinin Təmir-tikinti şöbəsinin müdiri Yavər Bayramov Veysəloğlu Şirkətlər Qrupunda 30-cu, həyatında 60-cı ilini qeyd edir.

Start date:

14 February 2025

End date:

14 February 2025

Read more

Biş-Düş Suraxanıda!

Bu dəfə “Biş-düş” komandası Suraxanıda sakinlərini sevindirmək üçün yola düşüb. “OBA” marketlərindən etdiyi alış-veriş qəbzini təqdim edən, yaxud mobil tətbiqindən istifadə edənlər 100 AZN-lik hədiyyə kartları qazanıblar.

Start date:

13 February 2025

End date:

13 February 2025

Read more